Parlamentin buraxılmasının hüquqi mexanizmi necədir? (YENİLƏNİB)
Bakı/28.11.19/Turan: Parlamentin buraxılmasına dair hüquqi norma 2016-cı il referendumunda Konstitusiyaya tətbil edilib.
Bu, “Azərbaycan Respublikası Milli Məclisinin buraxılması” haqda 98-1-ci maddədə əksini tapıb.
Bu normaya görə, əgər il ərzində iki dəfə Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad göstərmirsə və ya prezident iki dəfə təqdim etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyətinə lazımi sayda namizəd təyin etmirsə, 94 və 95-ci maddələrin II, III, IV və 96-cı maddənin V hissəsi və 97-cı maddədə göstərilən öhdəliklərini (bu normalar parlament tərəfindən qanunvericilik funksiyalarının yerinə yetirilməməsi ilə bağlıdır) yerinə yetirmirsə, dövlət başçısı Milli Məclisi buraxır.
Hüquq sahəsində ekspert Ələsgər Məmmədlinin fikrincə, hazırkı vəziyyətdə çox güman ki, parlamentin funksional işləyə bilməməsi ilə bağlı süni durum yaradılacaq.
Milli Məclisin iclaslarının qanuni olması üçün bu iclaslarda ən azı 83 deputatın iştirakı zəruridir.
Nəzərə alsaq ki, parlamentdə 70-ə yaxın mandat Yeni Azərbaycan Partiyasına məxsusdur və bu partiyadan olan deputatlar kütləvi şəkildə istefa verəcəklər, parlament faktiki olaraq öz vəzifəsini yerinə yetirə bilməyəcək.
Bundan sonra prezident parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə qərar qəbul edəcək.
Növbədənkənar seçkilərin tarixi səsvermədən ən azı 60 gün əvvəl təyin olunmalıdır.
Lakin nəzərə alsaq ki, seçkilərə hazırlaşmaq üçün müəyyən vaxt lazımdır, o zaman çox güman ki, seçkilər 2020-ci il fevral-mart aylarına təyin ediləcək.
Qeyd edək ki, hazırda Milli Məclisdə siyahı üzrə 118 deputat var, onlardan 70-i Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bu gün saat 14.00-da YAP-dan olan deputatların iclası keçiriləcək. Onların deputat mandatlarından imtina ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.—06D-
* * *
2019 Noyabr 28 (Cümə axşamı) 13:11:37
Hakim partiya parlamentin buraxılmasını təklif edir
Bakı/28.11.19/Turan: Hakim Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılmasını təklif edir. Bu qərar partiyanın bugünkü fövqəladə iclasında qəbul edilib.
Qərarda deyilir ki, bu təklif ölkədə başlayan islahatların və kadr dəyişikliyinin dəstəklənməsinin vacibliyindən irəli gəlib.
Saat 15:00-da YAP-da bu mövzu ilə bağlı mətbuat konfransı keçiriləcək.
YAP icra katibinin müavini Siyavuş Novruzov bu qərarı şərh etməkdən imtina edib. “Mətbuat konfransında hər şeyi biləcəksiniz”, - o, Turan agentliyinə deyib.
Parlamentin deputatı Vahid Əhmədov bildirib ki, müvafiq qərar Milli Məclisin sabahkı iclasında müzakirə olunacaq.-02B-
-
- Mədəniyyət
- 28 Noyabr 2019 12:59
-
- Sənaye
- 28 Noyabr 2019 13:24
Siyasət
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
Rəy yaz