Paşinyan: Azərbaycan Qarabağı sakinlərindən təmizləmək istəyir
Yerevan/11.10.18/Turan: France24 kanalına müsahibəsində Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Düşənbədəki söhbətini xatırladıb.
O qeyd edib ki, münaqişənin nizamlanması yollarını müzakirə etməyib. "Cənab Əliyevlə müzakirə etdiyimiz Qarabağ münaqişəsinin həlli deyildi. Əslində biz sülh danışıqlarına imkan verəcək vəziyyəti necə yarada biləcəyimizi müzakirə etdik", deyən Paşinyan əlavə edib ki, məsələnin həllinə nail olmaq üçün şərait olmadan bu barədə danışmaq olmaz.
Paşinyan qeyd edib ki, onlar Düşənbədə vəziyyətin hansısa həllə keçmək üçün həddindən artıq gərgin olması faktını qeyd ediblər.
Danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmalı olduğunu təsdiq edən Paşinyan deyib: "Format heç vaxt danışıqlar mövzusu olmayıb və biz heç bir dəyişiklik tələb etmirik".
Bakının mövqeyinə toxunan Paşinyan Azərbaycanı Qarabağ nümayəndələri ilə danışmaq istəməməkdə ittiham edib.
"Qarabağ necə Azərbaycanın tabeliyində ola bilər ki, Azərbaycan onlarla, Qarabağ xalqı ilə danışmaq belə istəmir? Bu, açıq-aşkar Azərbaycana Qarabağdan məhz nə lazım olduğunu göstərir: xalqı deyil, torpağı almaq. Onların əsas dərdi Qarabağı sakinlərindən təmizləmıkdir", deyə Paşinyan bildirib. -02D-
-
- İqtisadiyyat
- 11 Oktyabr 2018 15:33
-
- İqtisadiyyat
- 11 Oktyabr 2018 16:20
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz