
Nikol Pashinyan
Bakı/24.08.21/Turan: İkinci Qarabağ Müharibəsində erməni tərəfindən 3773 nəfər ölüb, 243 hərbi qulluqçu itkin düşüb. Bu barədə avqustun 24-də parlamentdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşınyan deyib.
O bildirib ki, hökumətin 2021-2026-cı illərdə fövqəladə şəraitdə planını təqdim edir: əsirlərin, minlərlə köçkünün olması, sosial-iqtisadi böhran, Ermənistan və Qarabağın artan təhlükəsizlik problemləri və pandemiya.
"Qısamüddətli, ortamüddətli və strateji perspektivdə problemlərin həll yollarını göstərmək lazımdır, çünki Ermənistan taleyüklü və dönüş mərhələsindədir", - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanda qeyri-rəsmi mənbələr ölən erməni əsgərlərinin sayını 5 mindən 7 min nəfərə qədər göstərir. -02D-
Rəy yaz