Paşinyan qarabağlıları öz keçmiş liderlərini dəstəkləməməyə çağırıb
Bakı/21.05.19/Turan: Ermənistanın eks-prezidenti Köçəryanın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda məhkəmə qərarından sonra ölkədə daxili siyasi gərginlik davam edir. Bu qərardan sonra Paşinyan məhkəmələrə gedən yolları bağlamağa çağırmışdı. Sonra elan edib ki, əks inqilaba hazırlaşır və Qarabağ onun bazası ola bilər.
Çərşənbə axşamı Paşinyan hökumətin iclasını keçirib. İclas zamanı o bildirib ki, 2016-cı il aprel hərbi əməliyyatlarının öyrənilməsi üçün parlamentin istintaq komissiyasını yaratmaq lazımdır. Paşinyan Qarabağın yerli əhalisini "erməni xalqının iki hissəsi arasında düşmənçilik toxumu səpən" qüvvələrə birmənalı şəkildə " yox" deməyə çağırıb.
O, konkret adlar açıqlamadan işarə edib ki, Ermənistanın eks-prezidentləri Köçəryan və Sarkisyanın tərəfdarlarını nəzərdə tutur. Onlar "törətdikləri cinayətlərə görə məsuliyyətdən qaçmağa cəhd edirlər və birgə fəaliyyət planlaşdırırlar", - Paşinyan deyib. -02D-
-
- Cəmiyyət
- 21 May 2019 23:30
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz