![Pənah Hüseyn](https://turan.az/resized/media/2019/main/112700023303-750-500-resize.webp)
Pənah Hüseyn
Pənah Hüseyn İlham Əliyevin fikirlərini inkar edir
Bakı/27.11.19/Turan: 1992-93-cü illərdə Xalq Cəbhəsi/Müsavat hökumətinin Qızıl Fondunu talaması barədə fikirlər həqiqətəuyğun deyil. Bunu Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn BDU-nun 100 illik yubileyinə həsr olunmuş tədbirdə prezident İlham Əliyevin söylədiklərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Fond 1992-ci ilin iyulunda Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəyin fərmanı ilə yaradılmışdı. İl ərzində Fondda 4 tona yaxın qızıl və digər qiymətli daş-qaş toplanmışdı.
1993-cü ilin iyununda Elçibəyin istefasından sonra Fondun yeni hakimiyyətə təhvil-təslim əməliyyatı aparılıb və heç bir çatışmazlıq aşkar edilməyib.
1998-ci ildə Fond heç bir izahat verilmədən ləğv edilib. Orada toplanmış qızılın və digər qiymətli daş-qaşların taleyi məlum olmayıb.
P.Hüseynin sözlərinə görə, 2010-cu ildə Fondun taleyilə bağlı deputat sorğusu göndərib: “Soğruya cavab vermək əvəzinə mənə hücumlar oldu, həbslə hədələndim. Bu barədə mətbuatda yazılar dərc edilib. Parlamentin iclas stenoqramlarında da bu, qeydə alınıb”, - P.Hüseyn bildirib.
O, Fondun talanmasına bağlılığı barədə ittihamları böhtan adlandırıb. –06D--
-
- Cəmiyyət
- 27 Noyabr 2019 14:31
Siyasət
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Onun aclığı 142 gündür ki, davam edir, fevralın 7-də xanımı Sevinc Sadıqova Turan agentliyinə bildirib.
Rəy yaz