Prezident Administrasiyası şöbələrinin yeni rəhbərləri və prezidentin yeni köməkçiləri təyin edilib
Bakı/29.11.19/Turan: Ölkə prezidentinin 29 noyabr tarixli sərəncamı ilə prezidentin köməkçisi vəzifəsini tutan Natiq Əmirov administrasiyanın iqtisadi siyasət və sənaye şöbəsinin müdiri təyin edilib.
Dövlət başçısının köməkçisi Fuad Ələsgərov hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.
Anar Ələkbərov birinci vitse-prezidentin köməkçisi vəzifəsindən azad edilib və ölkə prezidentinin köməkçisi təyin edilib.
Şahin Əliyev hüquqi ekspertiza şöbəsinin müdiri təyin edilib.
Zeynal Nağdəliyev ərazi orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.
Ədalət Vəliyev siyasi partiyalarla iş şöbəsinin müdiri təyin edilib.
Kərəm Həsənov Dövlət Nəzarəti şöbəsinin müdiri təyin edilib.
Hikmət Hacıyev beynəlxalq münasibətlər şöbəsinin müdiri təyin edilib.
Süleyman İsmayılov vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.
Fərəh Əliyeva humanitar siyasət şöbəsinin müdiri təyin edilib. -02D-
-
- Cəmiyyət
- 29 Noyabr 2019 17:58
-
- Söz istəyirəm
- 29 Noyabr 2019 18:17
Siyasət
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
-
Yanvarın 24-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri Əziz Orucovun işi üzrə proses davam edib.
-
Yanvarın 24-də Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfərə gedib.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 346
Rəy yaz