Axırkı bu baş verdi!
"Ürəkdən inanırdım ki, bu adamın pis əməllərinə görə layiq olduğu cəzanı çəkəcəyi və məsuliyyətə cəlb olunacağı bu müqəddəs gün gələck!", bir sovet filmində qəhrəman məhkəmədə həmvətənlərinin başına bir çox müsibətlər gətirən satqın haqqında belə deyirdi. Dövlət başçısının Əli Həsənovun prezidentin köməkçisi və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncamını oxuduqda qeyri-iradi olaraq bu sözləri xatırladım.
Bu adla bağlı bir çox mənfi hallar var. Ölkənin ictimai həyatında həddindən artıq çox problemlər uzun illər ölkə ideologiyasının başında duran bu insanın adı ilə bağlanır.
Əli Həsənovun vəzifədən kənarlaşdırılması bütün sistemin və ideologiyanın mütləq islahatları, mənasız KİV-lərin, QHT-lərin və dövlətin boynunda oturan və mənəvi mühiti pozan trollar sürüsünün şəxsində böyük tüfeyli ordusunun ləğvi deməkdir.
Əli Həsənovun gedişinin ardınca zərərli olan cəmiyyətdə düşmənçilik salma təcrübəsindən imtina gəlməli, vətəndaş həmrəyliyi və barışıq istiqamətində addımlar atılmalıdır.
Hakimiyyət bu addımı atmasa, yeni əlihəsənovların ortaya çıxması qaçılmazdır.
Jemin
-
- Siyasət
- 29 Noyabr 2019 20:51
Söz istəyirəm
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 238
Rəy yaz