Qadın jurnalistlərə qarşı polis zorakılığı
Bakı/12.02.20/Turan: Gecə saatlarında MSK qarşısında etiraz aksiyasının dağıdılması zamanı xüsusi təyinatlı polis dəstəsi təkcə deputatlığa namizədlərə qarşı deyil, böyük bir qrup jurnalistə qarşı da kobud davranıb. Belə ki, polis qadın jurnalistləri tutub avtobuslara atırdılar, onlardan bəziləri xəsarət alıb. Məsələn, Aynur Elgünəşin başı yarılıb.
Həmçinin frilanser Aytac Tapdıq, Sevinc Vaqifqızı (Meydan TV, qolunda ciddi xəsarət üzündə qançır), Ülviyyə Quliyeva və Aygün Rəşidova (Amerikanın Səsi) saxlanılıb.
Onlar hamısı saxlanılarkən zorakılığa məruz qalıb və müxtəlif dərəcəli xəsarətlər alıblar. Onların kameraları əllərindən alınaraq, çəkiliş aparmalarına icazə verilməyib.
Basta.info sayının redaktoru Mustafa Hacıbəyli də saxlanılanlar arasında olub. Onu ayrı maşına mindiriblər və döyüblər.
Saxlanılan şəxsləri iki saata yaxın Bakı ətrafında gəzdiriblər və gecə yarısı "20-ci Sahə"də yoldan uzaq bir yerdə endiriblər.
Üç qadın jurnalist, o cümlədən Xədicə İsmayılova saxlanılan həmkarlarını aparan avtobusun arxasınca gəldikdə saxlayıblar və yerə atıblar.
Qeyd edək ki, daha bir neçə jurnalist MSK binası qarşısında zorakılığa məruz qalda da, sonda qaçmağa müvəffəq olublar. -02B-
-
- Siyasət
- 12 Fevral 2020 11:47
Siyasət
-
Yanvarın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi ilə telefonla danışıb.
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
-
Bakı şəhəri Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqlarının gördüyü tədbirlər nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları ixracatçılarının əldə etdikləri pul vəsaitləri ölkəyə qaytarılıb.
-
Yanvarın 22-də Davosda İqtisadi Forum çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub.
Rəy yaz