Polis namizədlərin toxunulmazlığı qanununu pozub
Bakı/12.02.20/Turan: Dünən MSK qarşısında dinc etiraz aksiyasının dağıdılması zamanı bir qrup deputatlığa namizəd - Rabiyə Məmmədova, İradə Cavadova, Fərhad Mehdiyev, Turqut Qəmbər, Elman Quliyev saxlanılıb.
Müşahidəçilər polisin deputatlığa namizədləri saxlamaqla qanunu, daha dəqiq isə Seçki Məcəlləsinin namizədlərin toxunulmazlığı haqqındakı normasını pozduğunu hesab edirlər.
Belə ki, Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, seçki nəticələri rəsmi olaraq dərc olunana qədər namizəd toxunulmazlığa malikdir. O, saxlanıla, məhkəmə tərəfindən təyin olunan inzibati cəzaya məruz qoyula bilməz. O, yalnız cinayət törədərkən cinayət üstündə saxlanıla bilər. Bu zaman prokuror və ya məhkəmə dərhal bu barədə dairə seçki komissiyasına məlumat verməlidir. -06D-
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz