Рамиз Рзаев
Ramiz Rzayev yenidən Ali Məhkəmənin sədri oldu
Bakı/16.02.18/Turan: Ramiz Rzayev Azərbaycan prezidentinin 15 fevral tarixli sərəncamı ilə yenidən Ali Məhkəmənin sədri təyin edilib.
Fevralın 13-də Milli Məclis onu Ali Məhkəmənin hakimi təyin edib.
Rzayev 2005-ci ildən bu vəzifəni tutur, ondan əvvəl isə ölkə baş prokurorunun birinci müavini olub.
Hazırki təyinat hakimlər üçün yaş senzinin 65 yaş olması ilə bağlıdır. Qanun istisna hallarda hakimlərin bu yaşa çatdıqdan sonra yenidən təyin edilməsinə yol verir. Fevralın 25-də Rzayevin 65 yaşı tamam olur, bu səbəbdən o, AM hakimi, daha sonra isə sədri təyin edilib. -06D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz