Razim Əmiraslanlı
Razim Əmiraslanlıdan başqa digər müsavatçılar buraxılıb
Bakı/12.11.19/Turan: Noyabrın 12-də Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığında keçirdiyi aksiyada saxlanılanların hamısı axşama yaxın buraxılıb. Həmçinin noyabrın 12-də aksiyadan öncə saxlanılanlar buraxılıb. Müsavat Partiyası sədrinin müavini Razim Əmiraslanlının taleyi məlum deyil. O noyabrın 11-də saxlanılıb.
Müsavat Partiyasının aparat rəhbəri Gülağa Aslanlı Turan-a bildirib ki, noyabrın 12-də, o cümlədən aksiya başlamazdan öncə 40-a yaxın adam saxlanılıb. Birbaşa piketdə saxlanılan 19 nəfər Səbayel Rayon Polis İdarəsinə aparılıb. Onlardan əlavə, daha 10 nəfər saxlanılıb.
“Axşama doğru onların hamısını buraxıblar. Yalnız partiya sədrinin müavini Razim Əmiraslanlının taleyi məlum deyil. Onu noyabrın 11-də səhər Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsinə çağırıblar. Ancaq nə şöbədə, nə də idarədə Əmiraslanlının taleyinə aydınlıq gətirmirlər. Bu gün biz ombudsman aparatına müraciət etdik. Əmiraslanlının barəsində həbs qərarının olub-olmamasını yoxlamaq üçün sabah məhkəmə orqanlarına müraciət edəcəyik”, - G.Aslanlı bildirib.-06В-
-
- Siyasət
- 12 Noyabr 2019 18:14
-
- Mədəniyyət
- 12 Noyabr 2019 22:22
Siyasət
-
Yanvarın 28-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.
-
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın irəli sürdüyü nəqliyyat layihəsi - Zəngəzur dəhlizi beynəlxalq gündəliyə salınıb. Bu barədə prezident İlham əliyev çərşənbə axşamı nəqliyyat üzrə müşavirədə bildirib.
-
Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Möhyəddin Orucovun işi üzrə növbəti iclas keçirilib. Fəalın saxlanılmasında iştirak etmiş polis şahid qismində çıxış edib.
-
Yanvarın 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında 2024-cü ildə üzv dövlətlərin vəziyyətilə bağlı müzakirələr aparılıb. Yekunlara əsasən, 2580 saylı qətnamə qəbul edilib. Qətmanədə deyilir ki, Avropa Şurası Parlament Assambleyası 14 ölkədə vəziyyəti izləyən Monitorinq Komitəsinin işini yüksək qiymətləndirir.
Rəy yaz