Razim Əmiraslanlı
Razim Əmiraslanlıdan xəbər yoxdur
Bakı/11.11.19/Turan: Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlıdan xəbər yoxdur.
Bu barədə AzadlıqRadiosuna məlumat verən partiyanın başqanı Arif Hacılı deyib ki, Əmiraslanlı saat 10:00-da Binəqədi Rayon Polis İdarəsinə getdi və ondan hələ də xəbər yoxdur. "Saat 14:00-a partiyanın Divanın iclası təyin edilmişdir və Razim bəy başqanın təşkilat məsələlər üzrə müavini olaraq bildirmədən bu iclasa gəlməyə bilməzdi. Biz şübhələnirik ki, ya onu polis saxlaylb, ya da başına digər xoşagəlməz hadisə gəlib. Onu son günlər ərzində artıq üçüncü dəfədir çağırıblar. Bundan əvvəl Razim bəyi Binəqədi Rayon Polis İdarəsinə və Bakı Şəhər Baş Polis İdarəsinə çağırmışdılar".
Hacıılı bildirib ki, bu saata qədər yüzdən çox partiya üzvləri polis orqanlarına çağırılıb. "Bu çağırmalar piketlə bağlıdır və təkcə Bakıda baş vermir. Ölkə üzrə Müsavatın bütün rayon təşkilatların rəhbərliyi və üzvləri polisə çağırılır".
Məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsindən məlumat almaq mümkün olmayıb.
-
- Siyasət
- 11 Noyabr 2019 19:51
-
- Partiya sistemi
- 12 Noyabr 2019 00:03
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz