ReAl seçkilərdə iştirakına yenidən baxa bilər
Bakı/29.12.19/Turan: ReAl Cümhuriyyətçilər İttifaqı fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakdan imtina edə bilər. Bunu Turan-a Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədov bildirib.
“ReAL Cümhuriyyətçilər İttifaqı ReAl Partiyasının və müstəqil namizədlər qrupunun seçkiqabağı bloku kimi təsis edilib. İttifaq seçkiqabağı hadisələri və hakimiyyətin hərəkətləri diqqətlə izləyəcək və onlara qiymət verəcək.
“Əgər hakimiyyət insan haqlarının vəziyyətinin pisləşməsinə yönələn hərəkətləri gücləndirirərsə, namizədlərimizin əksəriyyətini qeydiyyata almasa və başqa repressiv hərəkətlər törədərsə, bu, seçkilər anlayışı üstündə son nöqtəni qoya bilər. Belə bir vəziyyətdə seçkilərdə iştirakımıza yenidən baxacağıq”, - o bildirib.
Eyni zamanda İttifaqın bəyanatında bloger Mehman Hüseynovun saxlanması və döyülməsi ilə bağlı qərəzsiz istintaqın aparılması və günahkarların cəzalandırılması tələb edilir.
Reper Pərviz Quluzadənin həbsi ilə başlayan bu repressiv hərəkətlərə dərhal son qoyulmalıdır, bəyanatda deyilir.—06D-
-
- İqtisadiyyat
- 29 Dekabr 2019 13:23
-
- Cəmiyyət
- 29 Dekabr 2019 13:35
Siyasət
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
-
Yanvarın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi ilə telefonla danışıb.
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
-
Bakı şəhəri Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqlarının gördüyü tədbirlər nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları ixracatçılarının əldə etdikləri pul vəsaitləri ölkəyə qaytarılıb.
Rəy yaz