Həkimlər Mehman Hüseynovda çoxsaylı xəsarət aşkar ediblər
Bakı/29.12.19/Turan: 1 saylı Şəhər Klinik Mərkəzində aparılan tibbi müayinə zamanı bloger Mehman Hüseynov boynunda, qabırğalarında, qollarında və ayaqlarında çoxsaylı xəsarət aşkarlanıb. Bu, onun dekabrın 27-də polis tərəfindən amansızcasına döyülməsinin nəticəsidir.
Ötən gün o, özəl klinikada müayinədən keçib və ayağında tromb aşkarlanıb. Bu baxımdan, əlavə bir "Doppler ultrasəs" dən keçməlidir. Bununla əlaqədar o, əlavə olaraq dopler- USM-dəndən keçməlidir.
Bazar ertəsi M.Hüseynov polisin hərəkətləri ilə bağlı prokurorluğa şikayət edəcək.
M.Hüseynov dekabrın 27-də axşam reper Pasterin (Pərviz Quluzadə) həbsinə etiraz olar keçirilən aksiya zamanı polis tərəfindən saxlanılıb. O,şəhər kənarına aparılaraq və ağır döyülüb.
DİN M.Hüseynovun “razılaşdırılmamış aksiya keçirdiyinə və vətəndaşların istirahətini pozduğuna görə” saxlanıldığını təsdiqləyib, lakin döyülmə faktını təkzib edib.06В-
Cəmiyyət
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Rəy yaz