Rekord həddə - 933 kiloqramdan artıq heroin aşkar edilib
Bakı/01.12.12/Turan: Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Ukrayna Respublikasına "Volvo" markalı 42BP450/42ZA122 dövlət qeydiyyat nişanlı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının "Ensıye Izadkhah By Order Navıd Khan Mohammadı Commercıal" şirkətindən Ukrayna Respublikasında fəaliyyət göstərən "Bayramlar LTD" şirkətinə "kivi və nar" meyvə yükü apardığı məlum olub.
Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında bildirilir.
Yükə baxış keçirən gömrükçülər Azərbaycan Respublikası vətəndaşı Hüseynov Ramiz Hacıəli oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusundakı 26 paletdə, 1152 ədədində kivi və 1550 ədədində nar olmaqla, ümumilikdə 2702 ədəd standart ölçülü plastik yeşiklərdə qablaşdırılan meyvə yükü olduğunu müəyyən edib. Kivi yükü olan 8 paletdəki 768 yeşikdən 471 ədədində kivilərdən "örtücü mal" kimi istifadə edilməklə gizlədilən, kivilərin qablaşdırılmasında istifadə olunan sarı kağızlara bükülmüş vəziyyətdə 1884 ədəd dördkünc formalı bağlamalar aşkar olunub. Şəffaf və sarı yapışqanlı lentlə sarınmış bağlamalarda ümumilikdə qablaşdırırılması ilə birlikdə 933 kq 115 qramçəkidə açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin olduğu müəyyən edilib.
Xatırladaq ki, 4 gün əvvəl gömrükçülərin həyata keçirdiyi daha bir uğurlu əməliyyat zamanı Azərbaycandan tranzit keçməklə 304 kq heroinin Ukrayna Respublikasına daşınmasının qarşısı alınıb. Ümumilikdə son 4 gündə gömrük orqanları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində aşkar edilən 2 fakt üzrə 1 ton 240 kiloqram heroin qanunsuz dövriyyədən çıxarılıb.--0--
Siyasət
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində İsrail Dövlətinin Prezidenti İsaak Hersoq ilə görüşüb.
-
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.
-
Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Abzas Media nəşrinin işi üzrə proses davam edib. Məhkəmə nəşrin direktoru Ülvi Həsənlinin ifadəsini dinləyib. O, ona qarşı irəli sürülmüş ittihamları rədd edib.
-
Görünür, Kremlin ABŞ-da Donald Trampın hakimiyyətə gəlişinin Rusiya üçün sərfəli olacağı haqqında ümidləri özünü doğrultmayıb.
Rəy yaz