RF XİN Qarabağda atəşkəs haqda sazişin 25 illiyi barədə
Moskva/10.05.19/Turan: 2019-cu il mayın 12-də Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ nümayəndələri arasında imzalanmış atəşkəs haqqında sazişin qüvvəyə minməsindən 25 il ötür. Razılaşma Rusiya Federasiyasının birbaşa vasitəçiliyi ilə əldə olunmuşdu. Bu, kütləvi qan tökülməsinin qarşısının alınmasına və Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə nizamlanması prosesinin işə salınmasına imkan verdi. Bu barədə RF XİN-in mayın 12-də dərc edilmiş şərhində deyilir.
"12 may sazişi atəşkəs rejiminin indiyədək saxlanması üçün əsas olaraq qalır. Nizamlanma prosesi çətindir. Enmələr və qalxmalar baş verir. Nizamlanmanın əsas aspektləri üzrə razılığa gəlmək üçün vaxt və iştirakçılara siyasi iradə lazımdır. Biz tərəflərin dayanıqlı sülhün əldə olunmasına yönələn birgə işi davam etdirməyə hazır olduqlarını görürük. Ermənistan və Azərbaycan liderlərinin bu yaxınlardakı Vyana görüşünün yekunları, onların Moskva danışıqları bundan xəbər verir.
Biz də öz tərəfimizdən kompromis axtarışında Bakı və Yerevana fəal yardım göstərməyə davam edəcəyik. Əvvəllər olduğu kimi, ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunda həmsədrlik çərçivəsində ardıcıl vasitəçilik səylərini davam etdirəcəyik", - şərhdə deyilir. -02D-
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
Rəy yaz