Халаф Халафов
Xələf Xələfov: �Keşikçidağ� məsələsi hüquqi müstəvidə həll olunacaq
Bakı/10.05.19/Turan: Azərbaycan və Gürcüstanın sərhədlərin delimitasiyası üzrə nümayəndə heyətlərinin rəsmi danışıqları gələn həftə olacaq. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün jurnalistlərə bildirib.
"Biz 1996-cı ildən gürcü tərəfiylə bu məsələ ilə məşğul oluruq. Həmin vaxtdan intensiv danışıqlar gedir və sərhəddin 2/3 hissəsi müəyyənləşdirilib", - X.Xələfov deyib.
Onun sözlərinə görə, sərhədlərin delimitasiyası dövlət səviyyəli məsələdir, ictimai müzakirə məsələsi deyil.
"Bu, ciddi dövlətlərarası münasibətlər məsələsidir. Din və ya tarix məsələlərilə bağlı kiminsə fikirlərindən asılı deyil. Məsələ ancaq hüquqi müstəvidə həll oluna bilər", - o, "Keşikçidağ" kompleksi (David Qareci) ətrafında yaranmış vəziyyətə münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, 100 ildən çoxdur ki, Azərbaycan və Gürcüstan həmin sərhədlər çərçivəsində yaşayır. "SSRİ dönəmində və SSRİ-nin süqutundan sonra biz həmin sərhədlər çərçivəsində yaşamışıq. Təbii ki, həmin sərhədlərin mövcudluğuna dair müvafiq hüquqi sənədlər var. Odur ki, bu məsələlər hüquqi müstəvidə həll olunacaq. Bundan əlavə, Azərbaycan və Gürcüstan arasında dost münasibətləri var. Gürcüstanla bizi strateji tərəfdaşlıq münasibətləri birləşdirir", - X.Xələfov vurğulayıb.-06D--
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz