Bakı/10.05.19/Turan: Azərbaycan Mətbuat Şurası (MŞ) Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edərək "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətlinin araşdırılmasının sürətləndirilməsini xahiş edib.
MŞ-nin məlumatında deyilir ki, mayın 3-də mətbuat azadlığına dair konfransda bir sıra KİV nümayəndələri, ekspertlər və jurnalist birlikləriin nümayəndələri "belə fikrə gəliblər ki, 2005-ci il martın 2-də Elmar Hüseynovun qətlə yetirilməsinin araşdırılması sürətləndirilməlidir və bu cinayəti törədənlər tezliklə tapılıb cəzalandırılmalıdır".
Qeyd edək ki, bu illər ərzində MŞ bu cinayətlə bağlı susub, ən yaxşı halda isə Baş Prokurorluğun məlumatını təsdiqləyib ki, qətlin üstü çoxdan açılıb, ancaq cinayətkarlar xaricdədir. Əslən Azərbaycandan olan Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin adları çəkilib.
MŞ-nin müraciəti nədənsə baş prokurora yox, DTX rəisi Mədət Quliyevə ünvanlanıb.-02D-
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz