Riqada “Şərq Tərəfdaşlığı”nın mətbuat konfransı
Bakı/12.11.19/Turan: Noyabrın 13-14-də Riqada Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçılarının “Biznes və sabit inkişaf” mövzusunda mətbuat konfransı keçiriləcək.
Konfrans Avropa Komissiyası tərəfindən Avropa Xarici Əlaqələr Xidmətinin və Latviya hökumətinin dəstəyi ilə təşkil edilib. Tədbirdə mətbuatın, KİV-in inkişafı sahəsində fəaliyyət göstərən təşkilatlarının və tərəfdaş ölkələrdən və Avropa İttifaqından olan donor təşkilatların 100-dən çox nümayəndəsi iştirak edəcək.
İlk belə tədbir 2017-ci ildə keçirilib. Tədbir bütün regionda peşəkar jurnalistikanın arşılaşdığı əsas çağırış kimi iqtisadi sabitliyi müəyyən edib.
Birinci işçi iclasda Avropa Komissiyasının təşəbbüsü ilə Şərq Tərəfdaşlığı ölkələrində KİV-in tələbatının müəyyən edilməsi məqsədilə aparılmış kompleks araşdırmanın nəticələri təqdim ediləcək.
Konfrans Komissiyanın 2020-2024-cü illərdə tərəfdaş ölkələrdə mətbuata gələcək dəstəyin strukturunu formalaşdırmasına kömək edəcək tövsiyələrin hazırlanması ilə yekunlaşacaq. –71D-
-
- Maliyyə
- 12 Noyabr 2019 14:42
-
- İqtisadiyyat
- 12 Noyabr 2019 15:11
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz