Roqozin tankların pulunu istəmək üçün Bakıya gəlib
Martın 3-də Bakıda RF baş nazirinin müavini Dmitri Roqozinlə Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlar olacaq. Əsas mövzu iki ölkə arasında hərbi-texniki əməkdaşlığın nizamlanmasıdır. Enerji resurslarının qiymətinin enməsilə əlaqədar Bakı öncə bağlanmış silah müqavilələrinə görə ödəniş edə bilmir. Azərbaycan tərəfinin Rusiyanın Ermənistana silah göndərməsi məsələsini də qaldıracağı istisna olunmur. Bu barədə Moskvanın “Kommersant” qəzetinin bugünkü sayında yazılıb.
Qəzetin məlumatına görə, Roqozindən başqa “Rosoboroneksport” və hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin nümayəndələri də Bakıya gəlib.
Səfər öncədən planlaşdırılmayıb. “İxrac müqavilələri ilə bağlı çətinlik yaranıb ki, bunları da yüksək səviyyədə həll etmək lazımdır”. Öncə hərbçilərlə, sonra prezident İlham Əliyevlə görüş gözlənilir.
Söhbət bir neçə il öncə bağlanmış silah müqavilələrinə görə ödənişdən gedir. “Kommersant” mənbələrinin dediklərinə görə, problem ondadır ki, neftin qiyməti endikdən sonra Azərbaycanda ödənişlə bağlı problem yaranıb. “Sifariş etdikləri texnika hazırlanıb və gətirilib, lakin hələlik limanda dayanıb. Yükün boşaldılmasını və vəziyyətin həllini gözləyirlər”, - mənbə qəzetə bildirib.
2010-2014-cü illərdə Bakı Rusiyadan iki divizion С-300ПМУ-2 sistemi, bir neçə "Тор-2МE" kompleksi, yüzə yaxın döyüş və nəqliyyat vertolyotu, ən azı 100 ədəd Т-90С tankı, 100 ədəd БМП-3, 18 "Мста-С" artilleriya qurğusu və bir o qədər ТОС-1А sistemi, həmçinin “Smerç” reaktiv sistemi alıb. Bu paketin ümumi dəyəri $4 mlrd. həcmində dəyərləndirilib. Müqavilələrin böyük hissəsi yerinə yetirilib. Bir neçəsi qalır ki, o da bu il başa çatmalıdır..
Moskva ödəniş məsələsini müzakirə edərək razılığa gəlmək niyyətindədir. Belə ki, qiyməti ödənilməyən məhsullar başqa ölkələrə satıla bilər, - mənbə “Kommersant”a bildirib.-02D-
-
- Siyasət
- 3 Mart 2016 11:57
-
- İqtisadiyyat
- 3 Mart 2016 12:26
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz