
Ruben Vardanyanın ilkin həbs müddəti 4 ay uzadılıb
Yanvarın 25-də Bakının Səbail Rayon Məhkəməsi Qarabağ separatçılarının keçmiş "dövlət naziri" Ruben Vardanyanın ilkin həbs müddətini 4 ay uzadıb.
O, 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror əməliyyatından sonra Ermənistan istiqamətində Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.
Vardanyan CM-in 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunsuz silahlı birləşmə yaratma) və 318.1-ci (sərhədi qanunsuz keçmə) maddələri ilə ittiham olunur. Onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Vardanyanın və separatçıların digər liderlərinin işi üzrə istintaq Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılır.
Rəy yaz