
Bakı/25.11.17/Turan: VTB Azerbaijan bankı Denis Bortnikovun bankın Müşahidə Şurasının sədri təyin edilməsi haqqında məlumat yayıb. O, həmçinin Bank VTB-nin (Vneştorqbank - Xarici Ticarət Bankı) İctimai Səhmdarlar Cəmiyyətinin idarə heyətinin prezident-sədr müavinidir.
Qeyd edək ki, Denis Bortnikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin şefi Aleksandr Bortnikovun oğludur.
Denis Bortnikov 11 ildir VTB banklar qrupunda işləyir, deyə məlumatda bildirilir.
Rusiyanın Vneştorqbank-ı Azərbaycana 2008-ci ildə ölkə Mərkəzi Bankının razılığı ilə yerli AF-Bank-ın səhmlərinin 51%-ni almaqla qədəm basıb.
Bu yaxınlarda VTB ATA Bank-dan səhmlərin qalan 49%-ni də alaraq, bütün səhmlərin tək sahibinə çevrilib. -02D-
Rəy yaz