Batumidə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
Bakı/25.11.17/Turan: Batumidə dünənki yanğın zamanı 10 Gürcüstan vətəndaşı və bir İran vətəndaşı həlak olub, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Zərərçəkmişlər arasında beşulduzlu mehmanxananın 20-dən çox daimi qonağı var. 10 nəfər hələ də həkim müşahidəsi altındadır, onların 4-ü Gürcüstan vətəndaşı, qalanları əcnəbilərdir.
Yüksəkmərtəbəli beşulduzlu "Leoqrand" mehmanxanasının binasında yanğın 24 noyabr saat 20-də başlayıb. İlkin məlumatlara görə yanğın dördüncü mərtəbədə başlayıb. Ventilyasiya sistemi ilə duman qısa zaman ərzində bütün binaya yayılıb.
Yanğın zamanı həlak olanların əksəriyyəti spa mərkəzində idi və dumandan boğulublar. Xilasedicilər və polis 100-dən çox insanı binadan təxliyyə etməyə müvəffəq olub.
Gürcüstan prezidenti və baş naziri Batumidəki yanğını faciə adlandırıblar. Hakimiyyət qısa müddət ərzində araşdırma aparmaq və hadisənin təqsirkarlarını cəzalandırmaq niyyətini bəyan edib. -02D-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz