
Bakı /28.10.19 / Turan: Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu Ermənistan KİV-lərinin xəbərinə görə, oktyabrın 29-da İrəvana işgüzar səfərlə gələcək.
Rusiya müdafiə idarəsinin rəhbəri, Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq və Zaqafqaziyada təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edəcəkdir.
Rusiya mətbuatının yazdığına görə, Şoyqunun səfəri regional xarakter daşıyır - Rusiya Müdafiə Nazirliyinin rəhbəri İrəvandan Bakıya gedəcək.
Azərbaycan Müdafiə Nazirliyi Şoygunun gəlişini hələ təsdiqləməyib. -02D-
Rəy yaz