Şəhid ailələrinə təzminat haqqında yeni fərman
Bakı/28.01.19/Turan: Bazar ertəsi prezident İlham Əliyev şəhid ailələrinin nümayəndələrindən ibarət qrupu qəbul edib. İştirakçılardan birinin Turan-a verdiyi məlumata görə, görüşdə şəhid ailələrinə doğmalarının döyüş əməliyyatlarında həlak olması ilə əlaqədar birdəfəlik təzminat haqqında yeni fərmanı elan edilib. Fərmana əsasən, 11 min manatlıq təzminat əvvəllər yardım alan ailələrə, həmçinin Qarabağ müharibəsində həlak olmuş polislərin ailələrinə də ödəniləcək.
Xatırladaq ki, yazda dövlət başçısı şəhid ailələrinə 11 min manat təzminat ödənilməsi haqqında sərəncam imzalayıb.
Amma 100-ə yaxın ailənin nümayəndələri əvvəllər təzminat almadıqları üçün oktyabrdan etibarən təzminatlarının ödənilməsi tələbi ilə hər həftə aksiya keçiriblər.
1990-cı illərdə həlak olan hərbi qulluqçuların ailələrinin bir hissəsi cüzi miqdarda təzminat alıb. Həlak olan polislərin ailələri də təzminat almayıblar.
Prezidentin yeni fərmanı haqqında hələlik rəsmi məlumat yoxdur. -05D06-
-
- Cəmiyyət
- 28 Yanvar 2019 12:47
-
- İqtisadiyyat
- 28 Yanvar 2019 13:21
Siyasət
-
Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması xəsarət alan ölkə vətəndaşlarından 4 (1 kişi və 3 qadın) nəfərin stasionar müalicəsi davam edir.
-
“Abzas Media” nəşrinin redaktoru, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Sevinc Vaqifqızı jurnalist həmkarlarının personal tərəfindən fiziki təzyiqlərə və ayrı-seçkiliyə məruz qaldığını bildirib.
-
Bundan əvvəl pilotların danışıqları ilə bağlı İnternetdə dərc olunmuş açıqlamalar dekabrın 25-də Aktauda qəzaya uğramış AZAL təyyarəsinin "qara qutusundakı" materiallardan fərqlənir. Bu barədə yanvarın 24-də Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
-
Bu həftə Tramp administrasiyası Türkiyə ilə yeni danışıqlara başlayıb, ikitərəfli və regional məsələlərə, o cümlədən Cənubi Qafqazdakı sülhə xüsusi diqqət yetirib, Turan-ın Vaşinqton müxbiri bildirib.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 173
Rəy yaz