Yeni barelyefdə Məmməd Əmin Rəsulzadənin xidmətləri haqqında qeyd yoxdur
Bakı/25.01.19/Turan: Novxanı bələdiyyəsi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri olan Məmməd Əmin Rəsulzadənin doğulduğu evdə barelyefi yenidən dəyişdirib. İndi abidənin üzərində Rəsulzadənin siyasi xidmətləri haqqında məlumat yoxdur.
Xatırladaq ki, bürünc barelyef 10 gün əvvəl bədəməllər tərəfindən oğurlanıb, metal kimi təhvil verilmək üçün mişarlanıb.
Ötən həftə hakimiyyət üzərində səhvlər olan yeni barelyef quraşdırıb. Onun üzərində belə yazılmışdı: "Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının banisi Məmmədəmin Rəsulzadə 1884-cü ildə bu evdə doğulmuşdur".
Bununla birinci respublikanın adı təhrif olunub. KİV-də bu barədə yazılar getdikdən sonra bələdiyyə rəhbərliyi barelyefi yenidən dəyişdirmək qərarına gəlib.
Bu dəfə lövhədə sadəcə olaraq belə yazılıb: "Məmmədəmin Rəsulzadə 1884-cü ildə bu evdə doğulmuşdur". Lövhədə Rəsulzadənin siyasi xidmətləri haqqında heç bir qeyd yoxdur.
Bələdiyyə sədri Şahin Tağıyev bunu belə izah edib: "Onsuz da onun xidmətlərini hamı bilir və bir daha sadalamağa ehtiyac yoxdur". -06D-
-
- Siyasət
- 28 Yanvar 2019 13:15
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 339
Rəy yaz