Sərhəd komandanları Biləsuvarda görüşüblər
Bakı/09.01.19/Turan: Yanvarın 9-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevin və İran Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin işçi görüşü keçirilib. Bu barədə DSX-nın yaydığı məlumatda deyilir.
Göyüş İranın Biləsuvar şəhərində baş tutub.
Tərəflər bu görüşə qədər əldə edilmiş razılaşmaların icrasını nəzərdən keçiriblər.
Məlumata görə, sərhəd təhlükəsizliyinin təminatı, transsərhəd cinayətkarlığın təzahürləri, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya və s. məsələlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Azərbaycan və İranın iştirak etdiyi beynəlxalq nəqliyyat layihələri çərçivəsində sərhəd infrastrukturunun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi müsakirə edilib.
Bu müstəvidə "Astara" və "Biləsuvar" dövlət sərhəddindən buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Astara çayı üzərindən yeni avtomobil körpüsünün və piyada keçidinin tikintisi üzrə işlərin aparılması üçün hər iki tərəfdən zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
Xatırladaq ki, 2018-ci il dekabrın 11-də İran Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin rəhbərliyi ilə nümatəyndə heyəti Bakıda səfərdə olub. Səfər çərçivəsində sərhəd rejimi barədə bır sıra razılaşmalar əldə edilib.-05D-
-
- Cəmiyyət
- 9 Yanvar 2019 17:42
-
- Sual-cavab
- 9 Yanvar 2019 17:55
Siyasət
-
Yanvarın 23-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalisti Aytac Tapdığın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
-
Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək. Bu barədə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilən 16-cı iclasında bildirib.
-
Yanvarın 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dunyaninsesi.az saytının təsisçisi Ərşad İbrahimov hədə-qorxu yolu ilə tələb etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
-
Yanvarın 22-də Bakı Apellyasiya Məhməkəməsində hakim Emin Əliyevin sədrliyi ilə Toplum TV nəşrinin əməkdaşı Əli Zeynalovun həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb. Şikayət təmin edilməyib, bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib.
Rəy yaz