Bakı/09.01.19/Turan: Paytaxtın Tbilisi prospektində işləyən 150-yə yaxın fəhlə bu gün yolu bağlamağa cəhd edib. Onlar maaşlarının verilməsini tələb ediblər.
Fəhlələr "Cesi" şirkətinin yanvarın 7-də "Grant-Həyat"la müqavilənin ləğv edildiyini deyərək onların işdən azad edildiyini bildirib. "Bizə dekabr və yanvar ayları üçün maaşları, başqa təzminatları vermirlər. Yanvarın 7-də axşama qədər işləmişik, günün sonunda deyiblər ki, sabahdan gəlməyin. Səbəb göstərirlər ki, iki şirkətin müqaviləsi bitdiyi üçün bizi azad ediblər", - fəhlələr bildiriblər.
Onların sözlərinə görə, işə başlayarkən əmək müqaviləsi tələb edəndə işə götürmürlər, ona görə məcburi şəkildə müqaviləsiz işləyiblər.
Fəhlələr bunu da deyiblər ki, haqlarını tələb edəndə qarşı tərəf "gedin kimə istəyirsiniz, şikayət edin" cavabını verib.
Fəhlələr deyirlər ki, şirkət 180 manat maaşa qol çəkdirib, günü 30 manata işlədib, amma ayda 600 manat verib vergidən yayınırlar.
"6-7 ildir burada işləyirik, hələ bir dəfə vergi məmuru gəlib əmək müqaviləsi barədə sual verməyib. Şirkətin ofisi Nizami küçəsində yerləşir, rəhbəri Atif adlı Pakistan vətəndaşıdır, amma bizi təhqir edib qovdular".
Fəhlələr Əmək Müfəttişliyinə də şikayət etdiklərini bildiriblər.
Dövlət Əmək Müfəttişliyindən isə bildiriblər ki, bu məsələ barədə fəhlələrdən yanvarın 8-i axşam Müfəttişliyə şikayət ərizəsi daxil olub, hazırda araşdırma gedir.
DƏM-dən bildiriblər ki, özəl müəssisələrə yoxlama moratoriumu qoyulduğu üçün yoxlama apara bilmirlər, digər tərəfdən isə vətəndaşın hüquqları pozulduğu üçün buna biganə qalmaq olmaz.
Müfəttişlikdən bunu da bildiriblər ki, əgər 10 nəfərdən çox şəxsin əmək müqaviləsi olmadan işləməsi faktı müəyyən olunsa artıq bu iş prokurorluğa göndəriləcək-05B-
-
- Siyasət
- 9 Yanvar 2019 17:46
Cəmiyyət
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 222
-
- Bazarların icmalı,
- 14:22
- 209
Rəy yaz