�Sərhədsiz reportyorlar� �Azadlıq� qəzetinin reportyoruna qarşı zorakılığı pisləyib
Bakı/12.09.19/Turan: "Sərhədsiz reportyorlar" beynəlxalq jurnalistləri müdafiə təşkilatı "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə qarşı polis zorakılığını pisləyib.
"Azadlıq" qəzetinin jurnalisti Təzəxan Mirələmli Bakıda məhkəmə binasının qarşısında polis tərəfindən zorakılığa məruz qalıb. Jurnalistlərin işi zamanı onlara qarşı istənilən fiziki təqib informasiya azadlığının pozulmasıdır", - "Sərhədsiz Reportyorlar" Twitter mikrobloqunda qeyd edir.
T.Mirələmli sentyabrın 11-də Yasamal Rayon Məhkəməsinin binası yanında zorakılığa məruz qalıb. Həmin vaxt məhkəmədə müxalifətçi Ruslan Əmirlinin işi üzrə proses gedirmiş.
Polis jurnalistləri məhkəmə binasından kobudcasına kənara sıxışdırıb. Jurnalist hüququnun məhdudlaşdırılmasına etiraz edən T.Mirələmlini polis bərk itələyib. Nəticədə reportyor yıxılaraq xəsarət alıb.
O bildirib ki, polisin qanunsuz hərəkətindən məhkəməyə şikayət edəcək. 16D--
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz