�Şərq Tərəfdaşlığı� sammitində Bakı və Yerevan bir-birini �iynələyiblər�
Brüssel/24.11.17/Turan: Brüsseldə "Şərq Tərəfdaşlığı" sammitinin yekunlarına görə Avropa İttifaqının bütün tərəfdaşlarının ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək yer alan Birgə Bəyannamənin qəbul edilməsi mümkün olub.
Mətndə deyilir ki, sammit iştirakçıları regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri əsasında sülh yolu ilə nizamlanmasına yardım üzrə səyləri bərpa etməyə çağırırlar.
Münaqişənin həlli, etimadın və yaxşı qonşuluq münasibətlərinin möhkəmləndirilməsi iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır, deyə Bəyannamədə bildirilir.
Qeyd edək ki, sənəd imzalanmazdan əvvəl Azərbaycan və Ermənistan prezidentləri bəyanat verərək, bir-birinə irad bildiriblər.
Belə ki, İlham Əliyev Ermənistanı münaqişəni həll etmək istəməməkdə, status-kvonu saxlamaq cəhdlərində, BMT TŞ-nin Ermənistan qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymamaqda ittiham edib.
Öz növbəsində, Serj Sarkisyan bildirib ki, BMT heç vaxt qətnamələrin Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlı hissəsini qəbul etməyib.
"Təhlükəsizlik Şurasının qətnamələri döyüş əməliyyatlarının dayandırılması ilə bağlı idi", deyən Sarkisyan Əliyevin sözlərini "Ermənistanın ünvanına əsassız ittihamlar" adlandırıb.
O təkrar edib ki, münaqişənin Qarabağ xalqının öz müqəddəratını həll etmək hüququ həyata keçirilmədən həlli mümkün deyil. -02D-
-
- Mədəniyyət
- 24 Noyabr 2017 17:37
-
- Cəmiyyət
- 24 Noyabr 2017 18:21
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz