Aprel şəhidlərilə bağlı layihə başa çatıb
Bakı/24.11.17/Turan: "Jurnalistlər Ekstremal Şəraitdə" ictimai birliyi "Aprel şəhidləri-qələbə müjdəçiləri" layihəsini başa vurub.
Layihə 2016-cı il aprelin 4-də Qarabağ cəbhəsindəki təmas xəttində erməni tərəfin hücumlarını dəf edən zaman qəhrəmanlıq göstərən şəhidlərin təbliğinə və vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsinə həsr edilib.
Layihə çərçivəsində şəhidlərin təbliğinə həsr edilən slaydlar hazırlanıb, bununla bağlı Qazax rayonunda ictimaiyyət nümayəndələrilə görüş keçirilib.
Tədbirdə Azərbaycan ərazilərinin bir hissəsinin erməni işğalında olması, dünya birliyinin bu fakta laqeyd yanaşması vurğulanıb.
2016-cı ilin aprel şəhidləri barədə danışan natiqlər məhz ölkənin vətən oğullarının qəhrəmanlığı nəticəsində azad ediləcəyini xüsusi vurğulayıblar.
Tədbirə aprel döyüşlərində şəhid olan ailələrin üzvləri, keçmiş döyüşçülər, veteranlar, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri qatılıblar.
Natiqlər həm də şəhidlərin xatirəsinə həsr edilən belə tədbirlərin müntəzəm keçirilməsini gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi vasitəsi kimi dəyərləndiriblər, bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Xatırladaq ki,layihənin icrasına iyul ayından başlanıb.-05B-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz