Əlikram Xurşudov
Müsavatçı 3 aylıq həbs edildi (YENİLƏNİB)
Bakı/24.11.17/Turan: Şirvan Şəhər Məhkəməsi Müsavat Partiyasının yerli təşkilatının sədri Əlikram Xurşidov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Qərar bu gün, noyabrın 24-ü verilib.
Bu haqda Turana müsavatçının vəkili Nemət Kərimli məlumat verib.
N.Kərimli bildirib ki, müdafiə etdiyi şəxs qərarla razılaşmır. Ona görə də yaxın günlərdə qərardan apellyasiya şikayəti veriləcək.-0-
* * *
2017 Noyabr 24 (Cümə) 21:18:59
Müsavatçını xuliqanlıqda ittiham edirlər
Bakı/24.11.2017/Turan: Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşudova Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanı qorunması üzrə vəzifəni yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədildikdə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələrilə ittiham irəli sürülüb. Bunu Ə.Xurşudovun vəkili Nemət Kərimli bildirib.
Vəkil polis şöbəsində Ə.Xurşudovla görüşdüyünü söyləyib və hadisənin təfərrüatı ilə bağlı aşağıdakları bildirib: "Ə.Xurşudov bir evdə usta kimi işləyirmiş, noyabrın 22-də işin sonuna yaxın ev sahibi evə gəlib və Ə.Xurşudovu ailəsinə sataşmaqda ittiham edib, mübahisə yaranıb, sonra daha iki nəfər evə gəlib, Ə.Xurşudova fiziki təzyiq göstəriblər. Sonra isə hadisə yerinə polis gəlib və polis də Ə.Xuşudovu ona müqavimət göstərməkdə və ayağını əzməkdə ittiham edib".
N.Kərimli deyir ki, bundan sonra Ə.Xurşudovu polis şöbəsinə aparıblar, noyabrın 23-ü səhərə yaxın saat 4-də dindiriblər və vəkil bu fktın öüzünü bu işdə "xüsusi maraq" olması kimi dəyərləndirir.
Vəkil deyir ki, Ə.Xurşudov ev sahibilə mübahisənin doğru olduğunu deyir, qalan bütün hadisələri şər-böhtan adlandırır.
Xatırladaq ki, Ə.Xurşudov noyabrın 22-si axşam saatlarında polis tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Onun saxlanması səbəbləri barədə hər hansı açıqlama verməyib. Yalnız partiyanın rayon fəallarına "məhkəmədə bilərsiniz" cavabı verib.
Müsavat Partiyasından isə bildiriblər ki, Ə.Xurşudov Şirvan şəhərində vətəndaşların inzibati üsulla "Yeni Azərbaycan" Partiyasına üzv qəbul edilməsi ilə bağlı sosial şəbəkədə statusla çıxış edib və buna görə saxlandığını ehtimal edirlər.
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz