Brüsseldə azərbaycanlı hüquq müdafiəçilərinin aksiyası
Bakı/24.11.17/Turan: Avropada yaşayan bir qrup azərbaycanlı hüquq müdafiəçisi və siyasi mühacir noyabrın 24-də Brüsseldə Beşinci "Şərq Tərəfdaşlığı" Sammitinin keçirildiyi binanın qarşısında etiraz aksiyası keçirib. Aksiya sammit iştirakçılarının diqqətini Azərbaycanda insan hüquqlarının pozulmasına və sayı 160-dan çox olan siyasi məhbuslar probleminə cəlb etmək məqsədilə keçirilib, bu barədə piketin təşkilatçılarından biri, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun icraçı direktoru Emin Hüseynov bildirib.
Aksiya iştirakçıları insan hüquqlarının pozulmasını pisləyən şüarlar yazılmış plakatlar və siyasi məhbusların portretlərini qaldırmışdılar.
Piketin qətnaməsində Avropa İttifaqına Azərbaycan hakimiyyətindən insan hüquqlarının pozulmasına son qoymağı və insan hüquqları və demokratiya üzrə ümumavropa dəyərlərinə hörmət etməyi tələb etmək çağırışı yer alırdı. -06D-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz