Siyasi məhbusları müdafiə mərkəzi Milli Şuranın iclasında iştiraka çağırıb
Bakı/19.01.19/Turan: Siyasi Məhbusları Müdafiə Mərkəzi bəyanat yayaraq, Demokratik Qüvvələrin Milli Şurasının siyasi məhbuslara azadlıq tələbi ilə şənbə gününə təyin edilmiş mitinqini dəstəkləyib.
Mərkəzin bəyanatında qeyd edilir ki, Siyasi motivlərlə həbs olunmuş Taleh Bağırzadənin, Əli İnsanovun, Məmməd İbrahimin, Telman Şirəliyevin, Firudin Zeynalovun ardınca gənc blogger Mehman Hüseynovun həbsdən çıxmasına az müddət qalmış ona qarşı yeni, qondarma cinayət işi açılıb.
"Hakimiyyət bu addımı ilə yerli və beynəlxalq ictimaiyyətin sərt təpkisini qazanmaqla yanaşı özünü də gülünc və ifşa durumuna salıb. Haqlı olaraq Azərbaycan ictimaiyyəti və Avropa Parlamentinin timsalında beynəlxalq qurumlar Mehman Hüseynovun yenidən şərlənməsinə etiraz edir, onun və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb edirlər", deyə bəyanatda qeyd edilir.
Siyasi məhbusları müdafiə mərkəzi vətəndaşları şənbə günü müxalifətin mitinqində fəal iştirak etməyə çağırıb. Mərkəz həmçinin hakimiyyətdən bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsini və ictimai fəalların həbsinə son qoyulmasını tələb edib. -06D-
-
- Kənd təsərrüfatı
- 19 Yanvar 2019 12:01
-
- Siyasət
- 19 Yanvar 2019 12:45
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz