Karin Strenz
Bundestaq deputata Bakıdan pul aldigina görə töhmət verib
Bakı/19.01.19/Turan: Bundestaq Xristian-Demokrat İttifaqından olan deputat Karin Ştrensə deputatlıq normalarının pozulması ilə əlaqədar töhmət verib, xəbəri DW yayıb.
Bu yaxınlara qədər AFR kansleri Angela Merkelin rəhbərlik etdiyi partiyanın nümayəndəsi müəyyən edilmiş müddət ərzində əlavə gəlirləri haqqında məlumat verməyib, bu barədə Bundestaq administrasiyası yanvarın 18-də bildirib.
Deputat barəsində cərimə proseduru davam edir, deyə rəsmi bəyanatda bildirilir.
Der Tagesspiegel qəzetinin məlumatına görə, söhbət Ştrensin Azərbaycandakı alman firmasından aldığı vəsaitdən gedir. Töhmətlə yanaşı, deputat 10 min avrodan 99 min avroya qədər cərimə oluna bilər, deyə nəşr qeyd edir.
Bu arada, Bundestaqda Ştrensin deputat mandatından məhrum edilməsi haqqında tələblər səslənir. Xüsusən, sosial-demokrat Frank Şvane (Frank Schwabe) bildirib ki, o, "siyasi rəhbərliyin nüfuzuna ciddi ziyan vurub".
Karin Ştrenslə bağlı şübhələr hələ 2017-ci ildə Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) korrupsiya qalmaqalı zamanı yaranıb. Xüsusən, müstəqil ekspertlər qrupunun 2018-ci ilin aprelində dərc edilmiş Avropada Bakının maraqlarının lobbiçiliyinə görə rüşvət alınması haqqında məruzəsində onun adı çəkilir. Sənəddə iddia olunur ki, korrupsiya qalmaqalının əsas fiqurantı, sabiq deputat Eduard Lintner (Eduard Lintner) onu özünə məxsus, Bakıdan maliyyələşən və Azərbaycanın maraqlarının lobbiçiliyi ilə məşğul olan Line M-Trade konsaltinq şirkəti vasitəsilə işə qəbul edib.
Daha sonra Ştrens bildirib ki, şirkətin maliyyələşmə mənbəyi haqqında məlumatı olmayıb. Şübhələrə əlaqədar 2018-ci ilin əvvəllərində onu AŞPA-da Bundestaqın nümayəndə heyətindən çıxarıblar, deyə DW qeyd edib. -0-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz