Slovakiya XİN rəhbəri öz ölkəsinin Azərbaycanda səfirliyinin açılışında iştirak edib
Bakı/28.11.19/Turan: Slovakiya XİN rəhbəri Miroslav Layçak bu gün Slovakiyanın Azərbaycandakı səfirliyinin açılış mərasimində iştirak edib.
Bu gün o, dövlət başçısı İlham Əliyevlə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər, Slovakiyanın ATƏT-də sədrliyi, ATƏT çərçivəsində Qarabağ münaqişəsinin nizamlanması istiqamətində tədbirlər və addımlar müzakirə olunub.
M.Layçak səfirliyin açılış mərasimində jurnalistlərlə söhbətində Azərbaycan və Ermənistan jurnalistlərinin son qarşılıqlı səfərlərini alqışladığını bildirib. O, bunu atmosferi yaxşılaşdıracaq və gərginliyi azaldacaq müsbət addım adlandırıb. “Hesab edirəm ki, bu, siyasi həll üçün yol açacaq, Slovakiyanın sədrliyi isə münaqişənin həllinə öz töhfəsini verəcək”,- o deyib.-02D-
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz