Strasburqda AŞPA-nın payız sessiyası açılıb
Bakı/08.10.18/Turan: Bazar ertəsi Strasburqda AŞPA-nın payız sessiyası açılıb.
Sessiya zamanı insan hüquqları sahəsində Vatslav Havel adına mükafatın qalibləri açıqlanacaq.
Sessiya çərçivəsində islamın Avropada maliyyələşdirilməsi, Aİ ölkələrində miqrasiya, həmçinin Avropada nüvə və ümumi təhlükəsizlik problemi müzakirə olunacaq.
Gündəliyə Azərbaycana, ümumiyyətlə, Cənubi Qafqaz regionuna dair məsələlər daxil edilməyib. Lakin Azərbaycan nümayəndə heyəti Qarabağ məsələsini qaldırmaq niyyətində olduğunu bəyan edib. -02D-
-
- İqtisadiyyat
- 8 Oktyabr 2018 15:11
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz