"Tərtər işi" fiqurantlarının ailə üzvlərinin aksiyası
Bakı/06.09.19/Turan: Cümə günü "Tərtər işi"nin bir sıra fiqurantlarının ailə üzvlərindən ibarət qrup Ədliyyə Nazirliyinin binası qarşısında aksiya keçirib. Onlar işin ibtidai istintaqa qaytarılmasını, təqsirləndirilən şəxslərə qarşı işgəncələrə qiymət verilməsini və həbs edilənlərin azad edilməsini tələb ediblər. Polisin müdaxiləsindən sonra aksiya dayandırılıb. Amma etirazçıların nümayəndələri Ədliyyə Nazirliyində qəbul edilib.
Xatırladaq ki, 2017-ci il mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Azərbaycan Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq, hərbi qulluqçuladan və mülki şəxslərdən ibarət saxlanılan qrupun Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluqda ittiham olunduğunu bildirib.
Bəyanata əsasən, Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat Xidməti Tərtər rayonunda Azərbaycan ordusunun birləşmələrinə qarşı geniş miqyaslı təxribat aksiyası hazırlayıb.
Mayın 3-də Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Prokurorlardan, müdafiə, daxili işlər nazirliklərinin nümayəndələrindən və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.
Amma tezliklə məlum olub ki, araşdırma zamanı ən az 8 şübhəli şəxs işgəncə nəticəsində öldürülüb. Sonradan, təkrar araşdırma zamanı öldürülən dörd nəfərə bəraət verilib, onlara qarşı işləri saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıblar. -30C-
-
- Söz istəyirəm
- 6 Sentyabr 2019 13:25
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz