Transparency International: Azərbaycan korrupsiyalaşmış ölkə olaraq qalır
Bakı/23.01.20/Turan: Transparency International beynəlxalq qeyri-hökumət təşkilatı dünyanın 180 ölkəsində korrupsiyanın səviyyəsini təhlil edən illik araşdırmasını dərc edib.
2019-cu ildə liderlər qrupunda əvvəlkitək Yeni Zelandiya və Danimarka (hər biri 87 xal) birinci yerdədir, onların ardınca Finlandiya (86 xal) gəlir. Onlar korrupsiyalaşmayan ölkələr kimi tanınırlar.
MDB ölkələri arasında Ermənistan 77-ci (42 bal), Gürcüstan 44-cü (56 bal) yeri tutub.
Azərbaycan 2018-ci illə müqayisədə göstəricilərini yaxşılaşdırsa da 30 balla 126-cı yerdədir.
Reytinqin sonunda Suriya (13 bal), Cənubi Sudan (12 bal) və Somali (9 bal) yer alıb. -02D-
-
- Maliyyə
- 23 Yanvar 2020 14:56
-
- Makroiqtisadiyyat
- 23 Yanvar 2020 15:46
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz