Türkiyə 10 nəfərlik axtarış heyəti göndərib
Bakı/31.07.19/Turan: Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın qəzaya uğramış "MİG-29" hərbi təyyarəsini xilas etmək üçün Azərbaycana hərbi heyət göndərib. Bu barədə məlumat qeyd edilən nazirliyin saytında yer alır.
Məlumata görə, Türkiyə Dəniz Qüvvələrinə aid 10 nəfərlik Sualtı Axtarış və Xilasetmə heyəti bu gün, yəni iyulun 31-də Bakıya yola salınıb.
Məlumatda deyilir ki, hərbi heyət Türkiyə Hərbi Qüvvələrinə aid təyyarə ilə Bakıya yola salınıb və bu hərbi heyət iyulun 24-də qəzaya uğramış təyyarənin hissələrini və eləcə də təyyarəçinin axtarışı ilə bağlı çalışmalara dəstək verəcəklər. Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə aid "MİQ-29" hərbi təyyarəsi iyulun 24-də qəfil radarlardan itib. Azərbaycan Müdafiə Nazirliyi iyulun 25-də verdiyi açıqlamada təyyarənin Xəzər dənizinə düşdüyü ehtimalını bildiririb.
Elə iyulun 25-də axtarışları aparmaq üçün Qərargah yaradılıb, aidiyyatı qurumlar xilasetmə işlərinə başlayıblar. Hadisədən bir həftə keçsə də, hələlik nə təyyarə tapılıb, nə də pilot R.Atakişiyevin taleyindən bir xəbər var. -0-
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz