Baş Prokurorluqda Gəncə hadisələri müzakirə olunub
Bakı/31.07.19/Turan: İyulun 31-də Baş Prokurorluqda müşavirə zamanı 2018-ci ilin iyulunda Gəncədə baş vermiş hadisələr - şəhərin başçısı Elmar Vəliyevə sui-qəsd və bunun ardınca baş verən iğtişaşlar müzakirə olunub.
Baş prokuror Zakir Qaralov çıxışında bildirib ki, 3 iyul 2018-ci il tarixində Gəncədə Yunis Səfərov və digər radikal dindar şəxslərin terror aktları, öldürməyə, hakimiyyəti zorla ələ keçirməyə cəhdi və digər cinayətləri ilə bağlı açılmış cinayət işi çərçivəsində mütəşəkkil cinayətkar qrupun 29 üzvü cəlb edilib, daha 11 nəfər barəsində beynəlxalq axtarış elan edilib.
Bundan başqa, 2018-ci il iyulun 10-da zorakılıq aktları, kütləvi iğtişaşlar törətmiş, iki polisi qətlə yetirmiş radikal dindar qruplara qarşı açılmış cinayət işinin təhqiqatı 61 nəfərin həbsinə gətirib çıxarıb.
Ümumilikdə 2018-ci ilin noyabrından 60 nəfər barəsində 8 cinayət işi yekunlaşıb və məhkələrə göndərilib. Təqsirləndirilən şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.
Bir neçə digər cinayət işi üzrə məhkəmələr davam edir.
Bütünlükdə cinayətkarlığa qarşı mübarizə haqqında danışan Qaralov prokurorluq orqanlarının uğurlarını qeyd edib və öz əməkdaşlarını korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə tədbirlər görməyə çağırıb. Eyni zamanda, o, öz işlərində müasir texnologiyalardan istifadə etmək zərurətini qeyd edib.
* Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi tapança ilə silahlanmış Yunis Səfərovun hücumuna məruz qalıb. Hər ikisi sağ qalıb, hücum terror aktı kimi qiymətləndirilib.
Hüquq-mühafizə orqanları baş verənləri Azərbaycanda islam dövləti yaradılması məqsədilə hakimiyyəti ələ keçirmək cəhdi kimi qiymətləndirməyə tələsiblər.
Bundan qısa müddət sonra sosial şəbəkələrdə iyulun 10-da Səfərovu müdafiə etmək üçün mitinqə çıxmaq çağırışları yayılıb. Rəsmi versiyaya görə, mitinqin dağılması zamanı etirazçılar iki polis zabitini öldürmüşlər.-21D-
-
- Siyasət
- 31 İyul 2019 16:38
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz