Türkiyə baş naziri Naxçıvanda qısa səfərdə olub
Bakı/21.12.17/Turan: Çərşənbə günü axşam saatlarında Türkiyə baş naziri Binali Yıldırım Banqladeşdən dönərkən yolüstü Naxçıvanda qısa səfərdə olub.
O, Naxçıvanda Ali Məclisin sədri Vasif Talıbovla görüşüb. Bundan sonra Türkiyə baş nazirinin şərəfinə şam yeməyi verilib.
Yıldırım son doqquz ildə Naxçıvan Muxtar Respublikasında səfərdə olan ilk baş nazir oldu. Elə həmin axşam Türkiyə hökumət başçısı Ankaraya yola düşüb.
Banqladeşdə Yıldırım qonşu Myanmada zorakılıqdan qaçan müsəlman Rohinca müsəlmanları ilə vəziyyəti müzakirə edib. O, qaçqın düşərgələrinə baş çəkib. -02D-
-
- Cəmiyyət
- 21 Dekabr 2017 10:39
-
- Söz istəyirəm
- 21 Dekabr 2017 11:37
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz