
Bakı/26.02.20/Turan: Fevralın 25-də Bakıda Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən danışıqlar zamanı əldə olunan razılaşmalardan biri fevralın 26-da Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və adamların hərəkəti üçün sərhəddin açılması olub.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilir ki, çərşənbə günü saat 15:10-da sərhəd açılıb.
Qeyd edək ki, Türkiyə tərəfi koronavirusun yayılma təhlükəsi ilə sərhəddi bağlamışdı. İran tərəfdən də sərhəddin bağlanması ilə əlaqədar bu, Naxçıvan əhalisini çətin vəziyyətə salmışdı.-02D-
Rəy yaz