Gürcüstanda birinci koronavirus hadisəsi qeydə alınıb
Bakı/27.02.20/Turan: Gürcüstanda birinci koronavirus hadisəsi qeydə alınıb.Bu barədə xüsusi brifinqdə səhiyyə və sosial müdafiə naziri Yekaterina Tikaradze bildirib.
Nazirin sözlərinə görə, virus Azərbaycandan tranzitlə İrandan gələn Gürcüstan vətəndaşı, 50 yaşlı kişidə qeydə alınıb. Xəstə hazırda Yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
Nazirin sözlərinə görə, hökumət Gürcüstanda epidemiyanın başlamasına mane olmaq üçün əlindən gələni edir.
"Bildirmək istəyirəm ki, vətəndaş sərhəddə tamamilə müvafiq şəkildə təchiz edilmiş sərhədçilərimiz tərəfindən yoxlanılıb. Belə ki, onların sağlamlığı bizim üçün çox vacibdir. Onlar bizim bütün tapşırıqlarımızı yerinə yetirirlər. Bu, onların xəstələnmə riskini azaldır, amma, buna baxmayaraq, biz hazırda gömrükçülərimizə də nəzarət edirik və onlar karantin sahəsinə keçiriləcəklər.
Hazırda xəstə ayrı sahəyə yerləşdirilib, indiki mərhələdə onun sağlamlığı üçün heç bir təhlükə yoxdur. Həmvətənlərimizi sakitləşdirmək istəyirəm - panika üçün əsas yoxdur, belə ki, Gürcüstanda koronavirus epidemiyasının yayılmaması üçün hökumətimiz əlindən gələni edir və bütün tədbirləri görür", deyə nazir bildirib.
Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amirka Qamkrelidze bildirib ki, yeni tip koronavirus diaqnozu qoyulan şəxs müvafiq şəkildə müalicə olunur.
"İlk hadisə təsdiq edilib. Bir saat əvvəl laborator müayinə başa çatıb. Tamamilə əmin olmaq üçün biz bu reaksiyanı üç dəfə təkrarladıq. Söhbət İrana gedib Gürcüstana qayıdan Gürcüstan vətəndaşından gedir və o, müvafiq müayinələrdən keçirilib. Məlum olduğu kimi, Çində ortaya çıxan virus bu gün başqa ölkələrdə, o cümlədən də İranda yayılıb. Bu günə qədər bu ölkədə 19 nəfər həlak olub, 85 nəfər xəstəliyə yoluxub", deyə Qamkrelidze bildirib.
-
- Siyasət
- 26 Fevral 2020 18:15
-
- İnsan Hüquqları
- 27 Fevral 2020 10:34
Dünyada
-
Qazaxıstanın Daxili İşlər Nazirliyi xarici turistlər üçün yeni təhlükəsizlik təşəbbüsü tətbiq edib. Sərhəd nəzarətindən keçən hər bir qonağa xüsusi QR-kodlu kart təqdim olunur ki, bu da onları çoxdilli onlayn platforma olan SafeTravel.kz saytına yönləndirir.
-
Çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahu ilə birgə Fələstinlilərin Qəzzadan zorakılıqdan azad bölgələrə köçürülməsini dəstəkləyən əhəmiyyətli bir bəyanat verdi. Bu açıqlama, onların ətraflı müzakirələrindən əvvəl Ağ Evin mətbuat toplantısında verildi.
-
Humanitar işçilər, diplomatlar və qanunvericilər son günlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) baş verən ciddi pozuntuların səbəbini anlamağa çalışırlar. Agentliyin veb saytı əlçatan deyil, bəzi əməkdaşlar iş sistemlərinə giriş imkanını itirib və 100-dən çox işçi inzibati məzuniyyətə göndərilib, Reuters-ə məlumat verən mənbələr bildirib.
-
Armen Sarkisyan, həmçinin Armen Qorlovski kimi tanınan şəxs, Moskvanın şimal-qərbində yerləşən elit “Alıye Parusa” yaşayış kompleksində baş verən partlayış nəticəsində ağır xəsarət alaraq reanimasiyada dünyasını dəyişib. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr İnterfaksa məlumat verib.
Rəy yaz