Michael Nehrbass
USAID Azərbaycan üzrə yeni direktor təyin edib
Bakı/08.09.22/Turan:ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru Maykl Nirbas (Michael Nehrbass) öz vəzifələrini icra etməyə başlayıb. Bu barədə Turana USAİD-dən bildirilib.
Məlumatda deyilir ki, Azərbaycan üzrə Missiya Direktoru kimi Nirbas Azərbaycanın prioritetlərini dəstəkləmək üçün USAID proqramlarına nəzarət edəcək.
“Mən USAID-in inkişaf proqramlarının uğurlarına əsaslanaraq Azərbaycan hökuməti, donor icması, özəl sektor və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirəm”, - deyə cənab Nirbas bildirib.
Qeyd olunub ki, bu vəzifəyə təyin olunmazdan əvvəl, Nirbas Pakistanda missiya direktorunun müavini vəzifəsində çalışıb. USAID/Pakistan-a qoşulmazdan əvvəl o, USAID/İraq üçün sabitləşmə, iqtisadi artım, demokratiya və idarəetmə fəaliyyətlərinə nəzarət edib. Nirbas 2001-ci ildə USAID-də Xarici Xidmət əməkdaşı kimi işə başlayıb. O, Əfqanıstan, Anqola, Gürcüstan, Qvatemala, İndoneziya, İraqda və USAID-in Vaşinqtondakı Afrika Bürosunda xidmət edib.
Xatırladaq ki, 1991-ci illərdən bəri USAID Azərbaycan xalqının həyatını yaxşılaşdırmaq məqsədilə 427 milyon ABŞ dollarından çox vəsait ayırıb.-16D-
-
- Maliyyə
- 8 Sentyabr 2022 13:04
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
Rəy yaz