Vaşinqton Qarabağ ermənilərinə maliyyə yardımını dayandıra bilər
Bakı/31.07.19/Turan: Amerika Erməni Milli Assambleyası (AEMA) Konqres tərəfindən Dağlıq Qarabağa ayrılan maliyyə yardımının iki ay ərzində dayandırılacağı barədə planları açıqlayıb.
Ermənistan KİV Amerika Erməni Araşdırmaları Mərkəzinin direktoru Suren Sarqsyanın sözlərindən sitat gətirərək bildirib ki, ABŞ hökuməti ərazilərin minalardan təmizlənməsi üçün Qarabağa ayrılan yardımı azaltmağı planlaşdırır.
"USAİD (Amerika Beynəlxalq İnkişaf Agentliyi) tərəfindən maliyyələşdirilən proqram və onun dayandırılması özü-özlüyündə ciddi mesajdır və ciddi siyasi nəticələri ola bilər. Bu, siyasi və hüquqi presedent ola bilər ki, bunun da nəticəsini hamımız bilirik", - o deyib.
ABŞ Ermənistandan sonra yeganə ölkədir ki, Qarabağın müstəqilliyini tanımadan ona birbaşa maliyyə yardımı göstərir. -02D-
-
- Cəmiyyət
- 31 İyul 2019 13:41
Siyasət
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
Rəy yaz