Vətəndaş cəmiyyəti İ.Əliyevi Açıq Hökumət Platformasının şərtlərini qəbul etməyə çağırıb
Bakı/28.11.19/Turan: Şərq Tərəfdaşlığı Azərbaycan Milli Vətəndaş Cəmiyyəti Platforması prezident İlham Əliyevə müraciət qəbul edib.
Müraciətdə xatırladılır ki, Beynəlxalq "Açıq Hökumət Tərəfdaşlığı" (AHT) Platformasının rəhbər komitəsi 2018-ci il dekabrın 5-6-da keçirilən iclasında Azərbaycana ölkənin sözügedən təşəbbüsə üzvlüyünü bərpa etməsi üçün vaxt verib. Bunun üçün Azərbaycan 2019-cu il dekabrın 31-nə qədər AHT standartlarına uyğun olaraq 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının hazırlanması üçün Yol Xəritəsini hazırlamalı və qəbul etməlidir.
Müraciət müəllifləri xatırladırlar ki, Azərbaycan üç ildir AHT-nin qeyri-fəal üzvü olaraq qalır və vəziyyəti düzəltmək üçün hələ heç bir ölkəyə bu qədər vaxt verilməyib.
Qeyd edilən tövsiyələrə uyğun olaraq 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının hazırlanması üçün Yol Xəritəsi işlənib hazırlanıb.
Sənəddə vətəndaş cəmiyyətinin işinə şərait yaradılması və maliyyə şəffaflığının artırılması üçün 8 istiqamətdə tədbirlər müəyyən edilib.
Şərq Tərəfdaşlığı Azərbaycan Milli Vətəndaş Cəmiyyəti Platforması prezidenti Milli Fəaliyyət Planına vətəndaş cəmiyyətinin dəstəklədiyi təklifləri daxil etməyə çağırır.
* Üç il əvvəl hökumətin müstəqil vətəndaş cəmiyyəti institutlarının və xarici donorların fəaliyyəti imkanlarını məhdudlaşdırması, fəallara təzyiq ilə əlaqədar Azərbaycanın AHT-də iştirakı dayandırılıb. -06B-
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz