замглавы МИД РФ Григорий Карасин
Xəzər nə dəniz deyil, nə də göl, RF XİN başçısının müavini
Moskva/09.08.18/Turan: Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində liderlərin sammitində imzalanacağı gözlənilən Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyaya əsasən, su hövzəsi nə göl, nə də dəniz olaraq tanınmayacaq, bu barədə RF XİN başçısının müavini Qriqori Karasin "Kommersant" qəzetinə müsahibəsində bildirib.
"Xəzər dənizinin xüsusi hüquqi statusu olacaq. Bu, xüsusi coğrafi, hidroloji və digər xüsusiyyətlər ilə izah olunur. O, dünya okeanı ilə birbaşa əlaqəsi olmayan qitədaxili su hövzəsidir və buna görə ona dəniz kimi baxıla bilməz", deyə Karasin qeyd edib.
"Amma eyni zamanda, ölçüsünə, suyunun tərkibinə və dibinin xüsusiyyətlərinə görə Xəzər göl də hesab oluna bilməz. Bununla əlaqədar Xəzər dənizinə nə BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ haqqında KOnvensiyası, nə də transsərhəd gölləri ilə bağlı istifadə olunan prinsiplər tətbiq edilə bilməz: Xəzərin yalnız dibi sektorlara bölünür, su təbəqəsi ilə bağlı suverenlik digər prinsiplər əsasında müəyyən edilir", Karasin belə hesab edir.
"Bütün əvvəlki illərdə hüquqi öhdəlik yaradan ümumilikdə doqquz beştərəfli sənəd işləyib hazırlamışıqsa, Aktauda böyük dövlətlərarası müqavilə ilə yanaşı, eyni zamanda altı yeni hökumətlərarası sazişin imzalanması gözlənilir. Konvensiyanın qəbulundan sonra Xəzər formatının xeyli möhkəmlənəcəyini gözləyirik. Daim fəaliyyət göstərən konsultasiya meydanının formalaşdırılması məsələsini həll etməyin zamanı gəlib", deyə o bildirib. -02D-
Siyasət
-
“Abzas Media” nəşrinin redaktoru, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Sevinc Vaqifqızı jurnalist həmkarlarının personal tərəfindən fiziki təzyiqlərə və ayrı-seçkiliyə məruz qaldığını bildirib.
-
Bundan əvvəl pilotların danışıqları ilə bağlı İnternetdə dərc olunmuş açıqlamalar dekabrın 25-də Aktauda qəzaya uğramış AZAL təyyarəsinin "qara qutusundakı" materiallardan fərqlənir. Bu barədə yanvarın 24-də Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
-
Bu həftə Tramp administrasiyası Türkiyə ilə yeni danışıqlara başlayıb, ikitərəfli və regional məsələlərə, o cümlədən Cənubi Qafqazdakı sülhə xüsusi diqqət yetirib, Turan-ın Vaşinqton müxbiri bildirib.
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 129
Rəy yaz