Saytların bloklanması hüquqi nonsesdir, E.Şıxlı
Bakı/09.08.18/Turan: "Saytların bloklanaraq fəaliyyətdən salınması, əlbəttə, əsaslı deyil, nəinki əsaslı deyil, bunun baş verməsi özü hüquqi nonsesdir". Bunu Azərbaycan Jurnalistlər İttifaqının sədri, "Ayna.az" saytının rəhbəri Elçin Şıxlı son günlərdə bir sıra inetrnet resurslarının bolklanmasını şərh edərkən bildirib.
Tanınmış jurnalist deyir ki, bunun baş verməsinin səbəbini izah etmək mümkün deyil və E.Şıxlıya görə, bu, hələlik səbəbi, eləcə də nəticəsi bəlli olmayan bir prosesdir: "Amma nədirsə, "infromasiya məkanı"nda təmizləmə prosesi gedir. Bu təmizləməni kimlərin və nə üçün apardığı məlum deyil, ən azı mən bu suala cavab verməkdə çətinlik çəkirəm", deyə E.Şıxlı bildirib.
E.Şıxlı MDB məkanında eyni proseslərin Belarusda da baş verdiyini söyləyib və bu iki paraleli MDB məkanında hansısa xoaşgəlməz prosesin gözlənilməsi kimi dəyərləndirib.
Deputat Fərəc Quliyev deyir ki, əgər saytda dövlət maralarına zidd, məmurlarla bağlı böhtan, iftira xarakterli yazılar olarsa, bunu etmək olar. Amma deputat bunu da qeyd edir ki, sayt təkcə əsaslı təniqdə görə bağlanırsa, bu düzgün deyil: "Cəmiyyətdə baş verən neqativlər barədə yazmaq lazımdır, buna qarşı dayanmaq isə cəmiyyəti inkişafdan saxlaya bilər".
Xatırladaq ki, saytların bloklanması 2017-ci ilin martından başlanıb.
Belə ki, heç bir xəbərdarlıq edilmədən Azadlıq Radiosunun "azadliq.org", "Azadlıq" qəzetinin "azadliq.info", Meydan TV-nin "meydan.tv", ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və "Azərbaycan saatı" televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.
Yalnız 2017-ci il mayın 12-də Səbail rayon Məhkəməsi bu saytlara gtrişin bloklanması ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, 2017-ci il martın 10-da Milli Məclis "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" və "Telekommunikasiya haqqında" qanunlara dəyişiklik edərək, internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydalarını qəbul edib.
Son 2-3 gündə isə "az24org", "arqument.az", "monitor.tv" saytları da bloklanıb. -05B06-
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 291
Rəy yaz