“Xəzər” TV-nin sahibi və rəhbəri dəyişib
Bakı/05.03.20/Turan: “Xəzər” TV kanalının səhmləri “Socar Media” qrupunun nəzarətinə keçib. Sahibin dəyişməsi nəticəsində teleşirkətə yeni baş direktor təyin edilib. Bu, şoumen Murad Dadaşovdur.
Məlumatı “Socar Media”da təsdiqləyiblər.
Bundan öncə “Xəzər” TV-yə prezidentin köməkçisi Əli Həsənov nəzarət edirdi, onun oğlu Şamxal Həsənov isə qurumun baş direktoru idi.
Müşahidəçilərin fikrincə, telekanalın sahibinin və rəhbərinin dəyişdirilməsi redaksiya siyasətində ciddi dəyişikliklərə səbəb olacaq.
“Xəzər” TV-nin işi çox güman ki, İctimai Televiziya kimi yenidən qurulacaq. Əsasən dövlət qurumlarının müəyyən qədər tənqidinə icazə veriləcək, əvvəllər yasaqlanan ictimai xadimlər efirə çıxacaq, yayım texniki baxımdan yaxşılaşacaq. Yəqin ki, şou proqramların məzmunu da yaxşılığa doğru dəyişəcək.
Eyni zamanda kanalın artıq rəsmi olaraq dövlət strukturunun nəzarətinə verilməsi belə güman etməyə əsas verir ki, digər yayım strukturlarında olduğu kimi, “Xəzər” TV-də də siyasi plüralizmin olmaması davam edəcək.
Qeyd edək ki, SOCAR Dövlət Neft Şirkəti CBC peyk telekanalına da nəzarət edir. –06D--
Rəy yaz
Siyasət
-
Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanı ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşündə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətləri müəyyən edilib. Bu barədə Azərbaycanın Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
-
“USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil”, - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bugünkü mətbuat konfransında bildirib.
-
Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olublar,- cümə axşamı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyası Lənkəran şöbəsinin fəalı Ramil Eynəliyev "polisə tabe olmamaq" ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib.
1 rəy
Murad
2024-12-16
Çox pis heyif çox heyif SOCAR XƏZƏR TV'Yİ Batırdı. Ay, Camaat baxın görün bir vaxtların tərbiyyəli, əxlaqlı, Dini Kanalı SAMANYOLU YAYIN GROUPU'NA Məxsux XƏZƏR TV Görün kimlərin əlinə keçib və kanalı nə günə qoyublar SOCAR XƏZƏR TV'Yİ Batırdı. Səhv eləmirəmsə XƏZƏR TV Bundan qabaq SAMANYOLU YAYIN GROUPU Tərkibində'ydi necə ki, Türkiyə'də SAMANYOLU YAYIN GROUPU Və SAMANYOLU TELEVİZİYASI VƏ RADİOSU Bağlandı XƏZƏR TV' Yİ DƏ o, gündən etibarən eybəcər hala saldılar. Mən bir tamaşaçı kimi və Vətəndaş kimi bonu qınayıram XƏZƏR TV'Yİ Gerçək Sahibinə yəne SAMANYOLU YAYIN GROUPU'NA Təkrar geri qaytarın. Bir daha deyirəm təkrar edirəm SOCAR Bir işğalçıdı SAMANYOLU YAYIN GROUPU'NA MƏXSUX XƏZƏR TELEVİZİYASI Və RADİO'NU İşğal etti özüdə SAMANYOLU YAYIN GROUPU Və SAMANYOLU TELEVİZİYA Və RADİO'NUN Bağlanmasını fürsət bilib XƏZƏR TV'YƏ Bi qara bolud kimi çökdü. SOCAR az qalıb çox yaxında XƏZƏR TV'Yİ İşğaldan azat edib gerçək evinə yəne SAMANYOLU YAYIN GROUPU'NA Təkrar iadə edərik